Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

14-04-2025

Bakıda Qətər Mədəniyyəti Günləri: Bakı Qızlar Universiteti də sərgidə iştirak etdi

Bakıda Qətər Mədəniyyəti Günləri: Bakı Qızlar Universiteti də sərgidə iştirak etdi

10–13 aprel tarixlərində Bakıda Qətər Mədəniyyəti Günləri keçirilib. Dənizkənarı Milli Parkda təşkil olunan tədbir çərçivəsində müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqisi, toxuculuq və kalliqrafiya sənəti nümayiş etdirilib. Qətərli ifaçıların təqdim etdiyi musiqili kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Bakı Qızlar Universitetinin Elmi Cəmiyyəti də sərgidə fəal iştirak edib. Tələbələr sərgi boyunca təqdim olunan eksponatlarla yaxından tanış olub, müxtəlif mədəni fəaliyyətlərə qatılıblar. Tədbirin sonunda iştirakçılar Qətər Mədəniyyəti Günlərindən xatirə şəkli çəkdiriblər.

 

Digər xəbərlər

Bütün xəbərlər