Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə

04-05-2024

Bakı Qızlar Universitetində işçi qrupunun akkreditasiyaya hazırlıqla bağlı növbəti iclas keçirilmişdir

Bakı Qızlar Universitetində işçi qrupunun akkreditasiyaya hazırlıqla bağlı növbəti iclas keçirilmişdir

  04 may 2024-cü il tarixində Bakı Qızlar Universitetində işçi qrupunun akkreditasiyaya  hazırlıqla bağlı   növbəti iclası keçirilmişdir.

    Universitetin rektoru prof. Sevinc Rəhimova iclası açaraq Özünütəhlil Komissiyasının fəaliyyəti və görülən işlər barədə qısa məlumat verdi.

 “Riyaziyyat və informatika müəllimliyi “ ixtisası üzrə özünütəhlilin nəticələri barədə məlumat vermək üçün   sözü “Sosial-pedaqoji” fakültənin dekanı dos. İlahə Quliyevaya verdi.

     Dos. İlahə Quliyeva son 5 tədris ilində  “Riyaziyyat və informatika müəllimliyi” üzrə tələbə qəbulunun nəticələri, qəbul ballarının ən yüksək və ən aşağı göstəriciləri, əmək bazarının tələbləri, qəbul olunmuş tələbələrin əvvəlki təhsilinin və kreditlərin tanınması və nəzərə alınmasının vəziyyəti , pedaqoji təcrübədə iştirak edən tələbələrin sayı, ixtisas üzrə tələbələrin akademik borcların dinamikası, son 5 ildə tələbələrin Buraxılış Yekun Dövlət Attestasiyasının nəticələri barədə hesabat verdi.

   Universitetin tədris işləri üzrə prorektoru, prof. H.Abdullayeva  yekun olaraq, bü cür iclasların müntəzəm olaraq  keçirilməsinin faydalı olduğunu  iştirakçıların  bir daha nəzərinə çatdırdı.

Digər xəbərlər

Bütün xəbərlər