24-05-2025
Bakı Qızlar Universitetinin Sosial-pedaqoji fakültənin “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil alan təcrübəçi tələbələri buraxılış (yekun) təcrübələrini Narınc Psixologiya Mərkəzi və Elpida Psixologiya Mərkəzində uğurla başa vurublar.
Təcrübə müddətində tələbələr nəzəri biliklərini praktik mühitdə tətbiq edərək, mütəxəssislərlə birgə fəaliyyət göstərmək imkanı əldə ediblər.
Təcrübənin tamamlanması münasibətilə mərkəzlərdə “Məzun Günü” keçirilib və tələbələr sertifikatlarla təltif olunublar.
12-06-2025
08-06-2025
05-06-2025
02-06-2025