Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Ramazanova Samirə Nail qızı

Dosent
ramazanovasamire@bqu.edu.az

31 avqust 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992- cı ildə Bakı şəhəri Sabunçu rayonu 68 saylı tam orta məktəbə qəbul olmuş, 2003-ci ildə oranı yüksək qiymətlərlə başa vurmuşdur.

2004-cü il bakalavr pilləsi üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Tarix müəllimliyi" ixtisası üzrə daxil olmuş, 2009-cu ildə həmin universiteti bitirmişdir.

2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Arxeologiya və etnoqrafiya" ixtisası üzrə magistratura pilləsinə qəbul olmuş, 2011-ci ildə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.

İlk pedaqoji fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində başlamışdır.

İşlədiyi müddətdə bir sıra elmi məqalə, tezis və tədris proqramı nəşr etdirmiş, bir çox yerli və beynəlxalq konfranslarda, təlimlərdə iştirak edərək sertifikat və diplomlarla təltif olunmuşdur. Tarix üzrə fəlsəfə doktorudur.

2025-ci ildən Universitetin “Tarix” kafedrasının dosenti kimi çalışır.