1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, 1993-cü ildə Sumqayıt şəhər 33 saylı orta məktəbə getmiş, 2005-cu ildə Qəbələ rayon Vəndam kənd 2 saylı orta məktəbi bitirmişdir. Həmin ildə Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin bakalavr pilləsinə daxil olmuş, 2009-cu ildə bitirmiş, 2010-cu ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin magistr pilləsinə daxil olmuş, 2012-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə Bakı şəhər 217 saylı orta məktəbdə, 2012-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında, 2014-cü ildən Sumqayıt Dövlət Universitetində müəllim vəzifəsində çalışmağa başlamışdır. 2014-cü ildə AMEA-nın Coğrafiya İnstitutunun doktorantura pilləsinə daxil olmuşdur. 2019-2021-ci illərdə Bakı Dövlət Universitetinin Turizm kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2021-ci ildən AMEA Coğrafiya İnstitututunun “Geomorfologiya və Paleocoğrafiya laboratoriyasında” elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 20-ə yaxın elmi əsərin müəllifidir.
2026-cı ildən Bakı Qızlar Universitetinin Tarix kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.