Tovuz rayonu, Qovlar şəhərində anadan olmuşdur. 2019-cu ildə M. Məmmədov adına 1 saylı tam orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. Elə həmin ildə Azərbaycan Dillər Universitetinin ingilis-fransız dilləri fakültəsinə daxil olmuşdur.
2023-cü ildə Azərbaycan Dillər Universitetinin magistratura pilləsinə qəbul olunmuşdur. Bir neçə elmi məqalənin müəllifidir.
Karyera və Psixologiya, eləcə də Aviasiya və Avtomobil Nəqliyyatı istiqamətləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzlərində müəllim kimi fəaliyyət göstərmişdir.
2026-cı ildən etibarən Bakı Qızlar Universitetinin “Xarici Dillər” kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.