11 may 1980- ci ildə Füzuli rayonunda anadan olmuşdur.
1997-ci ildə Kimya-biologiya təmayüllu liseyi bitirib, həmin ildə də Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2003-cü ildə həmin fakültəni bitirib həkim ixtisasına yiyələnmişdir. 2005-ci ildən e 2018-ci ilə qədər Azərbaycan Müəllimlər İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti kimi müxtəlif ali təhsil müəssisələrinin “ Mülki müdaifə və tibbi biliklərin əsasları” kafedrasında baş müəllim vəzifəsində fəaliyyət göstərmişdir. 2019-cu ildən isə Azərbaycan Həkimlərin Təkmilləşdirmə İnstitutunun dissertantıdır.Bir çox elmi məqalələrin və tezislərin müəllifidir. Eyni zamanda müxtəlif özəl klinikalarda həkim vəzifəsində də çalışır.
2018-ci ildən Bakı Qızlar Universitetinin “Riyaziyyat, informatika və təbiət fənləri” kafedrasında baş müəllim olaraq fəaliyyət göstərir.