28 oktyabr 1986-cı il tarixində Bakı şəhərində anadan olub.
1991-2002-ci illərdə Suraxanı rayonu, 104 saylı orta məktəbində təhsil alıb. 2002-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit fakultəsində təhsil alıb, maliyyə ixtisasına yiyələnib. 2006-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində magistratura pilləsi üzrə Vergi və vergi qoyma ixtisası üzrə təhsilini davam etdirib. 2009-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının doktorantura pilləsinə daxil olaraq, fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2004-2008-ci illər aralığında özəl sektorda mühasib və baş mühasib vəzifələrində çalışmışdır. 2008-ci ildən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışır. 3 kitabın və 12 məqalənin müəllifidir.
Hal-hazırda Bakı Qızlar Universitetinin “Riyaziyyat, informatika və təbiət fənləri” kafedrasında dosent kimi fəaliyyət göstərir.