1974-cü ildə Azərbaycan Respublikası Salyan rayonunda anadan olmuşdur. İlk orta təhsilini Salyan rayon Atbulaq kənd orta məktəbində almışdır. 1991-ci ildə ADPU-nun riyaziyyat fakultəsinə Riyaziyyat-fizika müəllimi ixtisasına daxil olub, 1996-cı ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildən ADPU Cəbr və Həndəsə kafedrasında baş laborant daha sonra müəllim, baş müəllim vəzifəsində çalışmışdır. Hal hazırda ADPU da Cəbr və Həndəsə kafedrasında baş müəllim vəzifəsində işləyir. AMEA-nın Cəbr və riyazi məntiq şöbəsinin dissertantıdır. Yeni Azərbaycan partiyasının üzvüdür.
2018-ci ildən Bakı Qızlar Universitetinin “Riyaziyyat, informatika və təbiət fənləri” kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.