17-04-2026
17 aprel 2026-cı il tarixində Bakı Qızlar Universitetinin tələbələri Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103-cü ildönümünə həsr olunmuş “Zəkanın Gözündən – 2: Zərifə Əliyeva xatirə yarışı” adlı məntiq və bilik yarışında iştirak ediblər.
Universitetimizi “Tomris” komandası təmsil edib. Komanda yarışda fəallığı ilə seçilərək ali təhsil müəssisəmizi layiqincə təmsil edib və yüksək intellektual hazırlıq nümayiş etdirib.
Tələbələrimizə gələcək elmi və intellektual fəaliyyətlərində uğurlar arzulayırıq.
23-04-2026
23-04-2026
23-04-2026
20-04-2026