03-05-2025
Bakı Qızlar Universitetində Xarici dillər kafedrasının təşkilatçılığı ilə III kurs tələbələrinin iştirakı ilə “Xarici dil bacarıqları” fənnindən “Crime” (Cinayət) mövzusuna həsr olunmuş dərslər dinlənildi.
Dərsin əsas məqsədi tələbələrin xarici dildə danışıq və təqdimat bacarıqlarını inkişaf etdirmək, həmçinin fənn çərçivəsində öyrənilən biliklərin praktik tətbiqini stimullaşdırmaq olub. Tələbələr seçilən mövzu əsasında səhnəciklər hazırlamış, müxtəlif obrazlar canlandırmış və interaktiv təqdimatlarla çıxış etdilər.
Dərsin sonunda tələbələrin çıxışları alqışlarla qarşılandı və bu cür fəaliyyətlərin dərs prosesində davamlı şəkildə həyata keçirilməsinin vacibliyi vurğulandı.
Qeyd edək ki, praktiki tapşırıqlar və yaradıcı yanaşmalar tələbələrin dil öyrənməyə olan marağını artırmaqla yanaşı, onların dörd əsas dil bacarığı – oxu, yazı, dinləmə və danışıq üzrə biliklərinin möhkəmlənməsinə xidmət edir. Təqdimatlar zamanı tələbələr yalnız leksik və qrammatik biliklərini nümayiş etdirməklə kifayətlənmir, həm də tənqidi düşünmə və yaradıcı təqdimat bacarıqlarını ortaya qoyurlar.
Gələcək dərslərdə də mövzulara yaradıcı və fərqli yanaşma metodlarının tətbiqi nəzərdə tutulur.
03-05-2025
02-05-2025
02-05-2025
29-04-2025