2 may 1986- ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2004- cü ildə Sumqayıt şəhərində yerləşən 39 saylı orta məktəbi, 2008- ci ildə Azərbaycan Müəllimlər İnstitutunun "İbtidai təhsilin pedaqogika və metodikası" ixtisası üzrə bakalavriat, 2016- cı ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının "Sosial pedaqogika " ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2018- ci ildə Bakı Dövlət Universitetinin 5804.01. Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə doktorantura pilləsinə daxil olmuşdur. Həmin ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasında pedaqoji fəaliyyətə başlamış və bu günədək müəllim kimi fəaliyyətini davam etdirir. Pedaqogika, Sosial pedaqogika, Ali məktəb pedaqogikası fənlərini Azərbaycan və ingilis bölmələrində tədris edir. Təhsil sistemləri və layihələrin idarə edilməsi, Məktəbəqədər təhsil müəssisələrində müasir pedaqoji texnologiyalar və innovasiyalar və.s. fənlərini tədris edir.
Respublikada və bir sıra xarici ölkələrdə təşkil edilmiş müxtəlif treninqlər və konfranslarda iştirak etmiş, beynəlxalq və yerli elmi mətbuatda dərc olunmuş məqalə və tezisləri və fənn proqramları var.
2020- ci ildən Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasında baş müəllim vəzifəsində çalışır.