Tədris şöbəsinin 2023/2024-cü tədris ili üçün
HESABATI
Tədris şöbəsi universitetin həm təşkilati, həm tədris-metodiki, həm də tərbiyəvi işlər üzrə bir çox məsələlərinin həllində bilavasitə iştirak edir və ya adı çəkilən sahələrə ümumi nəzarət edir. Bu baxımdan 2023/2024-cü tədris ili şöbə üçün çox verimli olmuş, universitetin tədris işlərinin nizamlanmasında və həyata keçirilməsində fəal iştirak etmişdir.
Belə ki, 2023/2024-cü tədris ilində fakültə və kafedralarda tədris işlərinin təşkilini həyata keçirmək üçün müxtəlif işlər görülmüşdür, buraya tədris planlarının (2020-ci ildə təsdiq edilmiş) təkmilləşdirilməsi, ayrı-ayrı ixtisaslar və kurslar üzrə işçi tədris planlarının hazırlanmasına, dərs yüklərinin kafedralar üzrə bölgüsünə və yerinə yetirilməsinə nəzarət daxildir.
2020-ci ildən kafedralarda bütün əsas və seçmə fənlər üzrə yeni fənn proqramlar hazırlanması işinə başlanmışdır. 2023/2024-cü tədris ilində də bu iş uğurla davam etdirilmiş və yekunlaşmışdır. Artıq 6 müxtəlif kafedra üzrə bakalavriat və magistratura təhsil səviyyələri üzrə əsas və məcburi fənlər blokuna aid bütün fənlərin tədris proqramları tərtib olunmuş və fənn proqramlarına aid bütün sənədlər hazırlanaraq, buraya hər fənn proqramına aid 2 rəy, bunlardan biri daxili rəy statusunda olaraq ali məktəb daxilində professor-müəllim heyətindən, digəri isə başqa ali məktəbdə çalışan mütəxəssis tərəfindən yazılaraq imzalı və möhürlü şəkildə, eyni zamanda BQU üzrə müvafiq kafedra və fakültə çıxarışları əlavə edilərək, ASAN xidmət tərəfindən fənn proqramı müəllifinə verilən “Plagiatlıq haqqında” sənədlə birgə, AR Elm və Təhsil Nazirliyinə qrif alınması məqsədilə (“Xarici dillər” kafedrası üzrə 11 fənn proqramı üçün 03/055 saylı 22.09.2023-cü il tarixli, “Psixologiya” kafedrası üzrə 26 fənn proqramı üçün 02/065 saylı 21.12.2023-cü il tarixli, “Pedaqogika” kafedrası üzrə 34 fənn proqramı üçün 03/003 saylı 15.02.2024-cü il tarixli, “Azərbaycan dili və ədəbiyyat” kafedrası üzrə 20 fənn proqramı üçün 03/004 saylı 26.02.2024-cü il tarixli, “Tarix” kafedrası üzrə 33 fənn proqramı üçün 03/005 saylı 11.03.2024-cü il tarixli, “Riyaziyyat, informatika və təbiət fənləri” kafedrası üzrə 31 fənn proqramı üçün 03/006 saylı 11.03.2024-cü il tarixli məktubları) təqdim edilmişdir. Nazirlik tərəfindən 2 kafedra üzrə: “Xarici dillər” və “Psixologiya” kafedraları müsbət cavab alındığı üçün (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, № 3-29/3-2-660 F/2023 saylı 20.11.2023-cü il tarixli məktub, № 3-29/3-2-131 F/2024 saylı 12.03.2024-cü il tarixli məktub ) adı çəkilən 2 kafedraya aid məcburi fənn proqramları nəşr edilmişdir. Eyni zamanda 6 müxtəlif kafedraya aid bakalavriat və magistratura təhsil səviyyələri üzrə həm seçilməsi ehtimal olunan, həm də alternativ seçmə fənlərin proqramlarını tərtib olunaraq universitet tərəfindən nəşr edilmişdir.
Vacib məqamlardan biri 2023/2024-cü tədris ili üzrə universitetdə 6 müxtəlif kafedra üzrə ştat cədvəlinin müəyyənləşdirilməsidir. Kafedralarda professor-müəllim, eləcə də tədrisə yardımçı heyət ştatlarının müəyyənləşdirilməsi şöbənin əsas işlərindən biridir. Bu tədris ilində 6 müxtəlif kafedra üzrə 100-dən çox müəllim tədris fəaliyyətinə başlamış, tədris ilinin sonunda professor-müəllim heyətinin tərkibində müəyyən dəyişikliklər olmuşdur.
Tədris şöbəsi universitetin tədris-metodiki işlərlə bağlı bütün məsələlərinin həllində iştirak edir. Universitetin Tədris şöbəsində tələbə-məzun məlumatlarının dinamikasını izləmək üçün 3 müxtəlif sayt üzrə iş gedir. Tədris şöbəsi həm tələbə-məzun saytı, həm AR Elm və Təhsil Nazirliyinin diplom məlumatları saytı (dts.edu.gov.az), həm də AR Elm və Təhsil Nazirliyinin ali və orta ixtisas təhsil məlumatlarının alt sisteminin müvafiq saytı (atis.edu.az) ilə bağlı işlərə nəzarət edir. 2023/2024-cü tədris ilində adı çəkilən 3 saytın hər birində tələbə-məzun məlumatları işlənmişdir.
Tədris şöbəsi il ərzində fakültə və kafedralarda tədris işlərinin təşkil edilməsinə ciddi nəzarət edir. Belə ki, tədris yüklərinə dair tapşırıqların hazırlanması, tədris yüklərinə dair tapşırıqların fakültələrə və kafedralara çatdırılmasını təmin etmək ən vacib məqamlardandır. 2023/2024-cü tədris ilində şöbə kafedralar üzrə dərs yüklərinin bölgüsünə, tədris ili ərzində dərslərin tədris planına uyğun keçirilməsinin təşkili, tələbələrin kurs imtahanlarının keçirilməsinə nəzarət etmişdir.
Tədrislə bağlı statistik məlumatların hazırlanması və aidiyyəti üzrə göndərilməsinə rəhbərlik şöbənin əsas işlərindən biridir. Bu tədris ilində statistik məlumatlar hazırlanmış və AR Elm və Təhsil Nazirliyinin ststistika şöbəsinə təqdim edilmişdir.
İmtahan öncəsi kafedralarda fənlər üzrə məsləhət saatlarının təşkilinə və keçirilməsinə, tələbələrin akademik borclarının ləğvinə, tələbələrin dərsə davamiyyətinə nəzarət şöbənin əsas işlərindən biridir. Tədris ili ərzində mцяллимляринин дярсляриндя иштирак, payız вя йаz semestrinin имтащан sessiyasına щазырлыğın təşkili, payız вя йаz semestri имтащан sessiyası cədvəllərinin hazırlanması, payız вя йаz semestri имтащан sessiyasına nəzarət, iмтащан сесsийасынын нятиъяляринин təhlili, tələbələrin akademik borclarının ləğvinə nəzarət, tələbələrin tədris, istehsalat təcrübələrinin təşkilinə və keçirilməsinə nəzarət əsas məsələlərdəndir.
Tədris şöbəsi universitetin tərbiyəvi tədbirlərində də fəal iştirak edir. Байрам эцнляри яряфясиндя keçirilən тяdbирлярdə iştirak, tялябялярдя вятянпярвярлик щиссляринин ашыланмасы сащясиндя иш апармаг, tялябя və müəllimlər arasında psixoloji iqlimin yaxşılaşdırılması üzrə işin təşkili əsas prooritet məsələlərdəndir.
28.01.2024-cü il tarixində Bakı Qızlar Universiteti Türkiyənin İqtisadi İnkisaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təskilatçılığı ilə “ULUSLARARASI TÜRK VƏ DÜNYA KADIN ARAŞTIRMALARI KONQRESİ” adlı konfransı keçirilmişdir.
Azərbaycanın тарихи эцнляринин (Азярбайъан Республикасынын йаранмасы эцнц, Милли Гуртулуш эцнц, Силащлы Гцввяляр эцнц, Мцяллимляр эцнц, Новруз байрамы) кафедраlar вя групларда гейд едилмяси ilə bağlı təbbirlərdə iştirak etmək şöbənin iş planına daxildir.
Tədris şöbəsi il ərzində fakültə və kafedralarda tədris işlərinin təşkil edilməsinə ciddi nəzarət edir. Belə ki, tədris yüklərinə dair tapşırıqların hazırlanması, tədris yüklərinə dair tapşırıqların fakültələrə və kafedralara çatdırılmasını təmin etmək ən vacib məqamlardandır. 2024/2025-ci tədris ili üçün şöbə kafedralar üzrə tədris tapşırıqlarını hazırlamış, kafedra müdirlərinə dərs yüklərinin bölgüsü məqsədilə verilmişdir.
Tədris şöbəsinin iш планы Bakı Qızlar Universiteti Elmi Şurasının iclasında müzakirə olunaraq təsdiq edilir.
Tədris şöbəsinin müdiri: Ulduz Qəzvini
15.07.2024-cü il.